Ötən il ilə müqayisədə Bakı Limanında yükaşırma 14 faiz artıb

2022-ci ilin ilk 10 ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yük aşırması 5,456 milyon tonu ötüb.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı limanının mətbuat xidmətinin rəhbəri Elmar Həbibli deyib.
“Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur”.
Onun sözlərinə görə, hesabat dövründə 44 mindən çox konteyner aşırılıb, bu isə 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 28 faiz çoxdur.
771