Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

10:43 - 15 / 11 / 2022
Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazanıb

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı sona çatıb.

1news.az-ın məlumatına görə, 12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb.

Bu kateqoriyada həmyerlimizi yarım xal qabaqlayan polşalı Patrik Cieslak qızıl medalçı olub.

Daha bir mükafatı xanım şahmatçımız əldə edib. 10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.

1news.az

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər