Bakıda 3 qardaş birlikdə cibgirlik etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 qardaş birlikdə cibgirlik etdilər

12:58 - 15 / 11 / 2022
Bakıda 3 qardaş birlikdə cibgirlik etdilər

Paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıblar.

Məlum olub ki, onlar əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlardır.

Araşdırma aparılır.

Paylaş:
254

Son xəbərlər

Bütün xəbərlər