FHN: “Ötən gün 25 yanğına çıxış olub, 2 nəfər xilas edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: “Ötən gün 25 yanğına çıxış olub, 2 nəfər xilas edilib”

10:51 - 19 / 11 / 2022
FHN: “Ötən gün 25 yanğına çıxış olub, 2 nəfər xilas edilib”

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər