Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

16:44 - 21 / 11 / 2022
Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, 9 973 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir.

Ölkədə son sutka ərzində 1 975, hazırkı dövrədək isə 7 385 931 test aparılıb.

Paylaş:
322

Son xəbərlər

Bütün xəbərlər