Bakıda “NATO günləri” başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “NATO günləri” başlayıb

Qafar Ağayev12:00 - 21 / 11 / 2022
Bakıda “NATO günləri” başlayıb

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər