Siqaret kötüklərini yerə atdıqlarına görə cərimələnən şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Siqaret kötüklərini yerə atdıqlarına görə cərimələnən şəxslərin sayı açıqlanıb

16:26 - 22 / 11 / 2022
Siqaret kötüklərini yerə atdıqlarına görə cərimələnən şəxslərin sayı açıqlanıb

Bu il siqaret kötüklərini ətraf mühitə atdıqlarına görə 10 835 cərimələnib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ildə respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10 835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.

Tətbiq edilən cərimələr 383 300 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1news.az

Paylaş:
330

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər