Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş

12:44 - 22 / 11 / 2022
Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş

Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, aeroport ərazisində yoxlanış zamanı çantasından “Makarov” tapançası, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub.

Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər