Mağazada satıcını hədələyib kassadan pul aparan şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mağazada satıcını hədələyib kassadan pul aparan şəxs tutulub

14:39 - 23 / 11 / 2022
Mağazada satıcını hədələyib kassadan pul aparan şəxs tutulub

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
240

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər