Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutulub

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkədə vətəndaşa qarşı dələduzluq edən şəxs tutularaq istintaqa cəlb edilib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib.
407