Kamaləddin Qafarov: “2023-cü ildə prioritet istiqamətlər üzrə xərclər xeyli artırılıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “2023-cü ildə prioritet istiqamətlər üzrə xərclər xeyli artırılıb”

11:00 - 26 / 11 / 2022
Kamaləddin Qafarov: “2023-cü ildə prioritet istiqamətlər üzrə xərclər xeyli artırılıb”

“Artıq xəbər verildiyi kimi, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat təşkil edir.

Bu göstərici 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur. Qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə transfert 11,3 milyard manat nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır”. Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında növbəti ilin dövlət büdcəsi hazırlanarkən neftin qiyməti bir barel üçün 50 ABŞ dollarına bərabər götürülmüşdür. 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri kimi, xərcləri də ölkə tarixində ən yüksək göstəricilərlə ifadə olunub. Layihədə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 1,0 milyard manat çoxdur.”

Deputat qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işlərinə büdcə ayırmalarının artımı da layihədə öz əksini tapıb:

"Təbii ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Bununla belə, işğaldan azad edilmiş ərazilərin bərpası və “Böyük qayıdış” planının təmin etdirilməsi də 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlər kimi müəyyən edilib. Bu istiqamətdə də növbəti ildə dövlət büdcəsindən vəsait ayrılmasında artım vardır. Belə ki, gələn il üçün işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manat vəsait nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 12,4 faiz çoxdur. Həmçinin bu məqamı da qeyd etmək lazımdır ki, 2023-cü ilin dövlət büdcəsi, əvvəlki illərdə olduğu kimi, yenə də sosial yönümlü olaraq proqnozlaşdırılır. Bu məqsədlərə büdcədə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat çoxdur. Eynilə layihədə ehtiyac meyarının həddi də 23 faiz artaraq 246 manat miqdarında nəzərdə tutulur. Bununla da gələn il ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır.

K. Qafarov deyib ki, gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir. “Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı üçün büdcə resurslarının artırılması, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz çoxdur”.

1news.az

Paylaş:
336

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər