Azərbaycanda turizm sammiti keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda turizm sammiti keçiriləcək

Qafar Ağayev17:12 - 28 / 11 / 2022
Azərbaycanda turizm sammiti keçiriləcək

Dekabrın 8-də turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” tədbiri keçiriləcək.

Bu barədə 1news.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib. Sammit Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə keçiriləcək.

Tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.

Bakı Konqres Mərkəzində baş tutacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektorun nümayəndələri iştirak edəcək.

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər