Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihəyə yekun vurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihəyə yekun vurulub

15:59 - 30 / 11 / 2022
Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihəyə yekun vurulub

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsi çərçivəsində monitorinqin nəticələrinə həsr edilmiş hesabat nəşr edib.

Hesabatda monitorinqi aparılmış su hövzələrində çirklənmənin vəziyyəti barədə məlumatlar əksini tapacaq. Hesabat müvafiq dövlət qurumlarına, ictimai birliklərə və ekspertlərə paylanmaq üçün nəzərdə tutulub. Hesabatın nəşri ilə layihəyə yekun vurulub.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda sahillərin və su hövzələrinin, sulardakı biomüxtəlifliyin, ətraf mühitin təmizliyinin qorunmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində “ekosular.az” saytı yaradılıb. Saytda ətraf mühitin, o cümlədən, su hövzələrinin təmiz saxlanması, biomüxtəlifliyin qorunmasına dair araşdırma məqalələr, məlumatlandırıcı və maarifləndirici araşdırmalar, ekspertlərin təkliflərini təqdim edən yazılar yayımlanır. Bu cür məlumatlandırıcı və maarifləndirici yazılar layihə bitdikdən sonra da layihə çərçivəsində yaradılmış saytda dərc olunmaqda davam edəcək.

Məlumat üçün bildirək ki, həmin yazılar, paralel olaraq müxtəlif media qurumlarında da yayımlanmaqla, ictimaiyyəti və müvafiq qurumları su hövzələrinin çirklənməsi barədə məlumatlanmağa, çirklənmənin qarşısını almaq üçün səfərbər olmağa səsləyir.

1news.az

Paylaş:
218

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər