Könül Nurullayeva AŞPA komitəsinin “Nifrətə yox” Parlament Alyansına üzv seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva AŞPA komitəsinin “Nifrətə yox” Parlament Alyansına üzv seçilib

16:03 - 02 / 12 / 2022
Könül Nurullayeva AŞPA komitəsinin “Nifrətə yox” Parlament Alyansına üzv seçilib

Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva da sessiyada iştirak edərək bir sıra əhəmiyyətli mövzular üzrə fikirlər səsləndirib.

Öncə "Əlilliyi olan şəxslərin inklüzivləşdirilməsi istiqamətində innovasiyaların təşviqi" mövzusunda fikirlərini bölüşən millət vəkili qeyd edib ki, son illərdə baş verən bir sıra qlobal böhranlar, xüsusilə COVİD-19 pandemiyası əlillərin üzləşdiyi mövcud bərabərsizlikləri və ayrı-seçkiliyi daha da dərinləşdirib. Buna görə də, onların inklüzivliyini artırmaq məqsədilə əlillərin funksional imkanlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuş müxtəlif innovativ proqramların, köməkçi texnologiyaların tətbiqi və inkişaf etdirilməsinin önəmini vurğulayıb. Həmçinin K.Nurullayeva hökumətlərin bu cür texnologiyaların istifadəsini təşviq etməklə yanaşı, onların hazırlanmasında da iştirakının vacibliyini diqqətə çatdırıb.

Daha sonra "Əlilliyi olan qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə" mövzusunda da fikirlərini bölüşən K.Nurullayeva, gender əsaslı zorakılıqla bağlı qanunların hazırlanmasında əlilliyi olan qadınların da iştirakının əhəmiyyətindən bəhs edib. Millət vəkili bu kateqoriyadan olan qadınların prosesdə yaxından iştirakının onların problemlərinin daha yaxşı anlaşılması və effektiv həll yollarının hazırlanması baxımından vacib olduğunu bildirib.

K.Nurullayeva, həmçinin Bərabərlik və qeyri-diskriminasiya komitəsinin tərkibində yaradılmış "Nifrətə Yox" Parlament Alyansının "Nifrət nitqi ilə mübarizə: qurbanlara dəstək tədbirləri - parlamentarilərin rolu"na həsr olunmuş iclasına da qatılıb. Millət vəkili nifrət nitqi qurbanlarının dəstəklənməsi istiqamətində qurbanların hüquqları və onlardan necə istifadə edəcəkləri barədə ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. "Parlamentarilər də nifrət nitqinin müəlliflərini öz əməllərinə görə məsuliyyətə cəlb etmək üçün bu cür davranışları qadağan edən qanunlar qəbul etmək və onların effektiv şəkildə həyata keçirilməsini təmin etməklə bu mübarizədə mühüm rol oynaya bilərlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, K.Nurullayeva AŞPA-nın Bərabərlik və Qeyri Diskriminasiya Komitəsinin rəhbərliyi altında yaradılan “Nifrətə yox” Parlament Alyansına üzv seçilib.

Paylaş:
342

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər