Sərxoş sürücü qəza törətdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərxoş sürücü qəza törətdi

10:05 - 07 / 12 / 2022
Sərxoş sürücü qəza törətdi

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər