Yeni ilə hazırlaşanların üz tutduğu yarmarkalar cibimizə uyğundurmu? - FOTO - VİDEO - REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Yeni ilə hazırlaşanların üz tutduğu yarmarkalar cibimizə uyğundurmu? - FOTO - VİDEO - REPORTAJ

Ayşən İsmayılova17:11 - 09 / 12 / 2022
Yeni ilə hazırlaşanların üz tutduğu yarmarkalar cibimizə uyğundurmu? - FOTO - VİDEO - REPORTAJ

Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb.

Hər il olduğu kimi bu ildə bayram münasibətilə şəhərin müxtəlif yerlərində və metrostansiyaların yaxınlığında bayram çadırları qurulub.

1news.az-ın əməkdaşı “28 May” metrostansiyasının qarşısındakı yarmarkada olub və qiymətləri araşdırıb.

Bayram yarmarkalarında şam ağacının qiyməti böyüklüyündən və formasından asılı olaraq 8 manatdan 200 manata kimi dəyişir. Şam ağacını bəzəmək üçün lazım olan oyuncaqların qiyməti isə 1-30 manat arasındadır. Zərlər hər biri 1.50 manatdan 5 manata qədərdir.

Şam ağacları üçün işıqların qiyməti isə uzunluğundan asılı olaraq 3 manatdan 30 manatadək dəyişir.

Satışda olan oyuncaq qar kürələrinin qiyməti ölçüsünə görə 3 manatdan 20 manata kimidir. Şaxta baba oyuncaqlarına gəlincə, onlar böyüklüyündən asılı olaraq 5-25 manat arasında manata satılır. 2023-cü ilin dovşan ili olması səbəbindən oyuncaq dovşanlara da tələb çoxdur. Onların qiyməti isə 2 manatdan başlayır və böyüklüyünə və keyfiyyətinə görə dəyişir.

Satıcılar alıcılıq qabiliyyətinin normal olduğunu, əsasən kiçik oyuncaqlara və yolka bəzəklərinə maraq göstərildiyini qeyd ediblər.

Yarmarkalara üz tutan paytaxt sakinləri arasında apardığımız sorğuya görə isə qiymətlərdən razı qalanlar da var, qalmayanlar da. Müşahidlərimizə əsasən deyə bilərik ki, qiymətindən ən çox narazı qalınan yeni il atributu şam ağaclarıdır.

Foto: Nadir İbrahimli

Paylaş:
982

Son xəbərlər

SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03Yuxarı Şirvan kanalından meyit tapıldıBu gün, 14:39FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20Təbii qazın qiyməti artdıBu gün, 11:14Qızıl və gümüşün qiyməti ucuzlaşıbBu gün, 11:04
Bütün xəbərlər

Next TV