Nazir: “Azərbaycanda innovasiya ekosisteminin daha da inkişafı üçün addımlar atılır”

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi böyük işlər görəcək”.
1news.az xəbər verir ki, bunu Bakıda keçirilən "İnnovasiya Sammiti"ndə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Dünya sürətlə dəyişməkdədir. Azərbaycan hökuməti bu istiqamətdə işləri davam etdirəcək. Hökumət Azərbaycanda innovasiya ekosistemini daha da yaxşı inkişaf etdirmək üçün addımlar atır”.
Nazir deyib ki, Prezident İlham Əliyevin bu sahədə imzaladığı sərəncamlar Azərbaycanı innovativ ölkəyə çevirmək məqsədi daşıyır.
“Bu sahənin inkişafı üçün ixtiraların olması vacibdir. Hazırda belə təşəbbüslər 2% effektiv nəticə verir”.
339