İnarə Vəliyeva: “Qarşımıza qoyulan hədəflərib 50 faizinə çatmışıq”

“Azərbaycan Qlobal İnnovasiya İndeksində heç də yaxşı yerdə qərarlaşmayıb”
1news.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva deyib.
“Biz insan kapitalının inkişafı üçün çalışırıq.
Azərbaycanda əhalinin cəmi 1 faizi texnoloji yönümlüdür. Biz istəyirik ki, bütün ekosistemin iştirakçıları inkişaf etsin. Çalışırıq ki, innovasiya ekosistemi ilə bağlı işlər yalnız Bakıda yox, regionlarda da inkişaf etsin.
İnnovasiya sahəsinin inkişafı üçün qanunvericilik önəmlidir. Bu sahənin inkişafı üçün qanunvericilikdə də dəyişikliyin olması vacibdir. Bu istiqamətdə də işlər görülür. Bu gün biz qarşımıza qoyduğumuz hədəflərin 50 faizinə demək olar ki, çatmışıq”.
553