Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb

10:51 - 19 / 12 / 2022
Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb.

1news.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə idə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1news.az

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər