Yetkinlik yaşına çatmayanlarla nikah - “Çıxışa doğru”da MÜZAKİRƏ

18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.
1news-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yetkinlik yaşına çatmayanlarla nikah" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları İmran Əliyev - Daxili İşlər Nazirliyinin baş ictimai təhlükəsizlik idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini, polis mayoru, Elgün Səfərov - Ailə Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, Ayaz Hüseynov - Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədri və İlhamə Mustafayeva - sosial psixoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



