Pirotexniki vasitələrin təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirotexniki vasitələrin təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VIDEO

22:20 - 20 / 12 / 2022
Pirotexniki vasitələrin təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VIDEO

Pirotexniki vasitələrin ölkə ərazisinə keçirilməsi, istifadəsi və satışı yalnız xüsusi icazə əsasında olmalıdır.

Hər il Yeni il bayramı öncəsi pirotexniki məmulatların fişənglər və digər patrlayıcı məmulatların satışı geniş vüsət alır. Təbii ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq bölmələri tərəfindən hər il ölkəyə qanunsuz yollarla pirotexniki vasitələrin keçirilməsi cəhdinin qarşısı alınır. Demək olar ki, DGK-nin hesabatlarında hər il bayram qabağı 10-larla bu cür faktlar aşkara çıxarılır və lazımi tədbirlər görülür. İnsanlar bu cür vasitələri yük maşınlarında digər yüklərin, hətta kartof-soğanın arasında keçirməyə cəhd edir , maşınların yanacaq çənlərində, oturacaq yerlərinin içərisində belə pirotexniki məmulatları keçirmək istəyirlər...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Pirotexniki vasitələrin təhlükəsi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nurlan Əliyev - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, Xaqani Süleymanlı - Dövlət Gömrük Komitəsinin əməliyyat-istintaq baş idarəsinin əməkdaşı, Aqşin Kazımov - Fövqaladə Hallar Nazirliyinin dövlət yanğın nəzarəti xidmətinin rəis müavini, daxili xidmət polkovniki, Şamil Paşayev - hüquqşünas və Xatirə Səfərova - klinik psixoloq, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
1176

Son xəbərlər

Bütün xəbərlər