Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb

17:05 - 21 / 12 / 2022
Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb

Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb.

1news.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarından şəhərin dənizkənarı hissəsində qadın meyiti tapılıb.

Araşdırma zamanı onun 14-cü məhəllə sakini, 1955-ci il təvəllüdlü Qocayeva Xanım olduğu məlum olub.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. 67 yaşlı qadının özünü dənizə ataraq intihar etdiyi ehtimal edilir.

Qeyd edək ki, meyiti tapılan şəxsin bir neçə gün öncə itkin düşdüyü bildirilirdi.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər