Mətbuat Şurası professor Elçin Əhmədovu təltif edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası professor Elçin Əhmədovu təltif edib

17:13 - 24 / 12 / 2022
Mətbuat Şurası professor Elçin Əhmədovu təltif edib

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədovla görüşüb.

1news.az xəbər verir ki, qonağı salamlayan MŞ sədri bildirib ki, E.Əhmədovun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətini, xüsusən, Şuşa şəhərinin Azərbaycan tarixindəki rolu barədə tədqiqat əsərlərini, çoxsaylı fundamental əhəmiyyət daşıyan məqalələrini yalnız elmi çevrələr deyil, bütövlükdə ictimaiyyət yüksək qiymətləndirilməkdədir.

Şura sədri bu fəaliyyətin nəinki ölkə mediası tərəfindən maraqla izlənildiyini, habelə, xarici kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, E.Əhmədovun elmi yaradıcılığı jurnalistlərimiz üçün xalqımızın mənəviyyat dünyası olan Şuşa şəhəri ilə bağlı mühüm istinad mənbəyidir. R.Məcid alimin “Şuşa ili”ndə gördüyü işlərin vacibliyinə toxunub, onun media ilə sıx təmaslarının faydalılığını əsaslandırıb.

MŞ sədri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi irsinin təbliğində, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında xidmətlərinə, çoxsaylı araşdırma yazılarına görə E.Əhmədovun rəhbərlik etdiyi qurum tərəfindən təltif edildiyini diqqətə çatdırıb. O, Şuranın diplomunu professora təqdim edib.

Professor E.Əhmədov yaradıcılığına verilən yüksək dəyərə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mədəni irsinə dair faktların mediada işıqlandırılmasının xüsusiyyətlərinə dair geniş fikir mübadiləsi də aparılıb. E.Əhmədov mövcud istiqamətdəki təcrübəsindən söz açıb.

1news.az

Paylaş:
489

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər27 / 04 / 2024, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib27 / 04 / 2024, 11:32
Bütün xəbərlər