Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Qafar Ağayev10:40 - 26 / 12 / 2022
Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, hadisə bu gün gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində qetdə alınıb. Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
397

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10

İmişlidə zəlzələ olub

04 / 07 / 2026, 13:53
Bütün xəbərlər