“Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb” - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb” - AÇIQLAMA

Qafar Ağayev14:01 - 30 / 12 / 2022
“Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb” - AÇIQLAMA

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, baş verən hadisə həqiqəti əks etdirmir.

"Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb. KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər