Polis idarəsində intihar hadisəsi baş verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis idarəsində intihar hadisəsi baş verdi

10:07 - 03 / 01 / 2023
Polis idarəsində intihar hadisəsi baş verdi

Sabirabad polis şöbəsində intihar hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə Sabirabad rayon polis şöbəsinin məhbusları müvəqqəti saxlama məntəqəsində baş verib.
Məntəqədə saxlanılan şəxs özünü idman şalvarının belindəki iplə asaraq intihar edib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri 4 dəfə (3 dəfə CM-nin 177-ci və 1 dəfə CM-nin 234-cü) məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək 2 aylıq həbs cəzası olub. O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.

Paylaş:
791

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər