Məktəbli qız qəfil vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbli qız qəfil vəfat etdi

15:13 - 05 / 01 / 2023
Məktəbli qız qəfil vəfat etdi

Yanvarın 3-ü Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.

1news.az xəbər verir ki, Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbin VIII sinif şagirdi Hüseynova Nərgiz Oqtay qızı qəfil vəfat edib.

Belə ki, 14 yaşlı Nərgizin ana işdən evə qayıdanda onun dünyasını dəyişdiyini görüb.

Məlumata görə, N. Hüseynova bir neçə il əvvəl beyin əməliyyatı keçirib. Hadisə baş verən gün o, evdə tək olarkən gözlənilmədən təzyiqi qalxıb və həyatını itirib.

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər