Azərbaycanda 45 tona yaxın yararsız məhsul məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 45 tona yaxın yararsız məhsul məhv edilib

15:47 - 05 / 01 / 2023
Azərbaycanda 45 tona yaxın yararsız məhsul məhv edilib

İstehlaka yararsız 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu məhv edilib.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 72 adda 10,2 ton, “Sun Food” MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu “Təmiz-Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər