Nəsimidə binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimidə binada yanğın olub

16:16 - 06 / 01 / 2023
Nəsimidə binada yanğın olub

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Cəlil Məmmədquluzadə 56 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilsetmə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər