Üzeyir Hacıbəyovun heykəlinin üzərinə ayaqqabı atan şəxslər CƏZALANDIRILDI - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Üzeyir Hacıbəyovun heykəlinin üzərinə ayaqqabı atan şəxslər CƏZALANDIRILDI - YENİLƏNİB

14:36 - 06 / 01 / 2023
Üzeyir Hacıbəyovun heykəlinin üzərinə ayaqqabı atan şəxslər CƏZALANDIRILDI - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, bu il yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı.

1news.az xəbər verir ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılmış və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunmuş, Elvin İsmayılov isə Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

***

12:49

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxs müəyyən olunub.

1news.az xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.

Nurlan Əliyev deyib ki, həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb: "Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət edilib və barəsində qanunamüvafiq tədbir görülüb".

Paylaş:
1124

Son xəbərlər

Bütün xəbərlər