Azərbaycanda 12,5 tona yaxın yararsız süd məhsulu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 12,5 tona yaxın yararsız süd məhsulu məhv edilib

13:41 - 07 / 01 / 2023
Azərbaycanda 12,5 tona yaxın yararsız süd məhsulu məhv edilib

İstehlaka yararsız 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulları məhv edilib.

Bu barədə 1news.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər