Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub

14:52 - 07 / 01 / 2023
Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub

Tarix İnstitutuna yeni icraçı direktor və şöbə müdirləri təyin olunub.

Bu barədə 1news.az -a AMEA-dan məlumat verilib.

Bildirilib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin iştirakı ilə Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun xususi iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətində struktur islahatlarının əsasən başa çatdığını, həmin islahatların Akademiyanın elmi-tədqiqat müəssisələrini də əhatə etdiyini bildirib.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Qərbi Azərbaycanla bağlı səsləndirdiyi çağırışları diqqətə çatdıran AMEA rəhbəri tarixçi alimlərin bu istiqamətdə həlli zəruri olan bir sıra vacib məsələlərin müəyyən olunduğunu vurğulayıb. Qərbi Azərbaycanın tarixi coğrafiyasının yazılması, atlasının hazırlanması, bu regionda həyata keçirilən deportasiyaların və erməni təcavüzünün mahiyyəti və sair kimi məsələlərin tədqiqi diqqət mərkəzinə çatdırılıb. İclasda eyni zamanda, Azərbayacan tarixinin qədim dövrünün və müstəqillik məthələsinin araşdırılması ilə əlaqədar aktual məsələlərdən də bəhs olunub.

Azərbaycan tarixinin öyrənilməsinə dair yeni çağırışların həyata keçirilməsi üçün institutda xüsusi islahatlar aparılıb və yeni vəzifələrə təyinatlar olub. Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İkram Ağasiyev isə Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri vəzifələrinə təyin olunublar.

AMEA rəhbəri çıxışının sonunda ölkə başçısının çağırışlarını əsas götürərək Qərbi Azərbaycanla bağlı tədqiqatların genişləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb və elmi-tədqiqat müəssisəsində yeni yaradılan Qərbi Azərbaycan şöbəsinin əməkdaşlarına tövsiyə və tapşırıqlarını verib.

Tarix İnstitutunun Baş direktoru, professor Kərim Şükürov elmi-tədqiqiat müəssisəsinə göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlığını bildirərək qarşıya qoyulan yeni vəzifələrin öhdəsindən bacarıqla gələcəklərini, ölkə başçısının çağırışlarına əməli fəaliyyətləri ilə cavab verəcəklərini bidirib.

Paylaş:
472

Son xəbərlər

İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46
Bütün xəbərlər