Bu qız ruhların səsini eşidir... - AzTV-də mistik serial | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu qız ruhların səsini eşidir... - AzTV-də mistik serial

Qafar Ağayev13:29 - 10 / 01 / 2023
Bu qız ruhların səsini eşidir... - AzTV-də mistik serial

Azərbaycan Televiziyası yeni çoxseriyalı bədii filmin çəkilişlərinə başlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, mistik janrda olan serial “Tam məxfi” adlanır.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan serialın tizeri artıq yayımlanıb.

Tizerdən aydın olur ki, filmin baş qəhrəmanı yuxularında gələcəyi görən, ruhların səsini eşidə bilən qızcığazdır. Söhbət 12 yaşlı Dəniz Abbasovadan gedir. Dəniz 12 yaşında itkin düşür, 30 il sonra tapılır. Lakin maraqlısı odur ki, o, tapılanda da 12 yaşında olur. Rəsmi dövlət qurumları gələcəyi görə bildiyi üçün bu qıza iş birliyi təklif edir, baş verəcək cinayətlərin qarşısını almaq üçün onun bu qabiliyyətindən faydalanır.

Çoxseriyalı bədii film tezlikdə AzTV-də yayımlanacaq.

Paylaş:
565

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər