Qar yağması nəticəsində baş verən qəzalarda 3 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qar yağması nəticəsində baş verən qəzalarda 3 nəfər ölüb

Qafar Ağayev10:22 - 10 / 01 / 2023
Qar yağması nəticəsində baş verən qəzalarda 3 nəfər ölüb

Mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu, qar yağması və buzlaşma səbəbindən Respublika yollarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.

"Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib. Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə ( xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
441

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər