Daha 24 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 24 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
1news.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ekofəalların və QHT nümayəndələrinin ekoloji terrora qarşı keçirdiyi aksiya ərazisindən sülhməramlılara məxsus nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Həmin yük avtomobilləri Laçından Xankəndi istiqamətinə keçid edib. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
297