Ov qaydalarını pozan 4 nəfər barədə protokol tərtib edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ov qaydalarını pozan 4 nəfər barədə protokol tərtib edilib - FOTO

09:23 - 11 / 01 / 2023
Ov qaydalarını pozan 4 nəfər barədə protokol tərtib edilib - FOTO

Ov qaydalarını pozan 4 nəfər barədə protokol tərtib edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb: "Araşdırma zamanı brakonyerin Sumqayıt şəhər sakini Ruslan Xələfov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Keçirilən nəzarət tədbirləri zamanı, eyni zamanda Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, Ağstafaçay, Qarqarçay çaylarından və Yuxarı Qarabağ kanalından ümumilikdə 186 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Aydın Əzizov, Qobustan rayon sakini İqbal Xocaməmmədov, Naftalan şəhər sakinləri Nicat Əliyev və Elsevər Bədəlov saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər