Media subyektləri 3 il müddətinə vergilərdən azad edilə bilər

“Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb” .
1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
“Layihəyə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir”.
629