Yasamalda qanunsuz tikili sökülüb - FOTO
![Yasamalda qanunsuz tikili sökülüb - FOTO](/images/2023/01/16/20230116011716400/thumb.jpg?2023-01-16+13%3A18%3A27)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.
![](/images/2023/01/16/20230116011716400/d_gallery/fhn_sokuntu_160123_1 (1).jpg)
![](/images/2023/01/16/20230116011716400/d_gallery/fhn_sokuntu_160123_1.jpg)
![](/images/2023/01/16/20230116011716400/d_gallery/fhn_sokuntu_160123_2.jpg)
![](/images/2023/01/16/20230116011716400/d_gallery/fhn_sokuntu_160123_3.jpg)
![](/images/2023/01/16/20230116011716400/d_gallery/fhn_sokuntu_160123_4.jpg)
![](/images/2023/01/16/20230116011716400/d_gallery/fhn_sokuntu_160123_5.jpg)
364