Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarında son 10 ilin rekordu qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarında son 10 ilin rekordu qeydə alınıb

Qafar Ağayev12:25 - 16 / 01 / 2023
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarında son 10 ilin rekordu qeydə alınıb

2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub.

1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları’’ QSC 2022-ci il üzrə fəaliyyətinin yekunlarında qeyd olunub.

Bildirilib ki, il ərzində 5 milyon 136 min sərnişin daşınmışdır. Bu, 2021-ci illə müqayisədə 84% çoxdur. Bu göstəricinin böyük bir hissəsi (5 milyon 8 min) Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir. O cümlədən, ötən il Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb.

Qeyd edək ki, pandemiyadan əvvəl - 2019-cu ildə Azərbaycan dəmir yolu ilə yerli və beynəlxalq istiqamətlərdə ümumilikdə 3 875 729 sərnişin daşınıb.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər