Pul müqabilində Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pul müqabilində Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb

10:20 - 21 / 01 / 2023
Pul müqabilində Göyçaydan paytaxta narkotik aparmaq istəyən şəxslər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Nəticədə 6 nəfər tutularaq istintaqa cəlb edilib, 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Goranboy rayon sakinləri – əvvəllər də törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Natiq Şahmuradov və qonşusu Ramin Qasımov saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı Natiq Şahmuradovdan 1 kiloqramdan artıq marixuana, 840 qram tiryək, yarım kiloqrama yaxın heroin, eləcə də 87 qram metamfetamin aşkar edilib. Araşdırma zamanı Natiq Şahmuradovun xarici ölkə vətəndaşına narkokuryerlik etdiyi məlum olub. Belə ki, o, pul qarşılığında qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən narkotik vasitələri respublikamızın şəhər və rayonlarına paylanılmasını təşkil edib. Sonuncu dəfə isə Ramin Qasımova məxsus avtomobillə Goranboydan Göyçaya gələn dostlar burada onlara deyilən ərazidən narkotik vasitə və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli bilinən daha 4 nəfər, əvvəllər də eyni əmələ, eləcə də digər cinayətlərə görə məhkum olunmuş rayon sakinləri-Elvin Quliyev, Rövşən Abdullayev, Adil Qasımov və Kənan Nəbiyev saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr-marixuana, heroin, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. İstintaq zamanı saxlanılanlardan Elvin Quliyevin digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun yaxın qohumunun evindən 680 manat pul oğurladığı da məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
260

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər