Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanılıb

12:01 - 21 / 01 / 2023
Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhruz Eyvazov və Ruslan İsmayılov saxlanılıblar. B.Eyvazovun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman 1 kiloqramdan artıq marixuana, R.İsmayılovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən tədbirlərlə oğurluq əməlləri törədən şəxslər tutulub və onlardan narkotik vasitələr də götürülüb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Maksum Yusifov və Cabir Əmirov olduqları müəyyən edilib. M.Yusifov mağazalardan nəğd pul, C.Əmirov isə avtomobillərə məxsus akkumulyatorlar oğurlayaraq sakinlərə maddi ziyan vurublar. Saxlanılarkən onların üzərində aparılan axtarış zamanı müvafiq olaraq metamfetamin və heroin də aşkar edilərək götürülüb.

Həmçinin yanvar ayı ərzində keçirilən tədbirlərlə daha 6 nəfərdən də müxtəlif növ narkotik vasitələr aşkar edilib. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər. Ümumilikdə isə 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
196

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər