Xəzərdə suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

10:30 - 23 / 01 / 2023
Xəzərdə suitilərin tələfatı ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Bir müddət əvvəl Xəzər dənizi sahillərində rast gəlinmiş suiti cəsədlərinin və tələfatının səbəblərinin araşdırılması məqsədilə AQTA, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil olunub.

AQTA-dan 1news.az-a bildirilib ki, monitorinqlər Bakı və Sumqayıt şəhərləri, Xızı, Xaçmaz, Şabran, Lənkəran, Astara, Neftçala və Salyan rayonları ərazisində sahilboyu zonaları əhatə edib.Monitorinqlər zamanı rast gəlinən suiti cəmdəklərinin qalıqlarından patoloji material nümunələri götürülərək AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib.

Qeyd edək ki, Rusiyanın müvafiq qurumu - “Rosprirodnadzor”un yayımladığı məlumata görə molekulyar çəkisi atmosfer havasından ağır olan təbii qazların dənizin dibindən çıxmaqla suyun səthinə qalxması və hipoksiyanın yaranması nəticəsində burada tənəffüs edən suitilərin tələf olması ehtimal olunur.

Məsələ Dağıstan Respublikasının aidiyyəti mütəxəssisləri ilə işçi qaydada müzakirə edilib və eyni fikir onlar tərəfindən də səsləndirilib. Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin tədqiqatçıları da oxşar ehtimal irəli sürməklə suitilərin seysmik aktivlik nəticəsində yaranan metan qazından zəhərlənməsi qənaətinə gəliblər. Hələlik, qonşu ölkənin aidiyyəti laboratoriyalarında aparılmış müayinələr nəticəsində tələfatın əsl səbəbi müəyyən edilərək rəsmi şəkildə elan olunmayıb.

Paylaş:
218

Son xəbərlər

ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıbBu gün, 12:37Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47
Bütün xəbərlər