Azərbaycan Kinematoqrafiyası - “Çıxışa doğru”da MÜZAKİRƏ

Son illər "Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda bir neçə film çəkilib. Onlardan biri də "Fəryad”dır. İki sənədli film - "Müharibə uşaqları” və "Biz qayıdacağıq” kinolentləri Xocalı soyqırımına həsr olunub. "Dolu”, "Mübarizlik zirvəsi” və bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzolunmazdır. "Nabat” filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir.
"Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırıb və nüfuzlu mükafatlara layiq görülüb.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Azərbaycan Kinematoqrafiyası" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Rəşad Qasımov - Azərbaycan Dövlət Film Fondunun Kino Arxiv şöbəsinin müdiri, Zülfiyyə Qurbanova - Bakı Bələdiyyə Teatrının aktrisası, Ramil Ələkbərov - "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi və Əbdül Mahmudov - xalq artisti, əməkdar incəsənət xadimi, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: