“Aztelekom” Şəkinin Kiçik Dəhnə kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aztelekom” Şəkinin Kiçik Dəhnə kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb - FOTO

17:10 - 30 / 01 / 2023
“Aztelekom” Şəkinin Kiçik Dəhnə kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb - FOTO

“Aztelekom” MMC Şəkinin Kiçik Dəhnə kəndində GPON texnologiyası əsasında genişzolaqlı xidmətlər təqdim etməyə başlayıb.

Yaşayış məntəqəsində “Aztelekom”un yeni texnologiyaların tətbiq olunması ilə şəbəkələrin genişləndirilməsi layihəsinin icrasına 2021-ci ilin oktyabr ayında başlanılıb. Kənd daxili şəbəkədəki bütün köhnəlmiş rabitə dirəkləri yeniləri ilə əvəz edilib, fiziki kabellərin əvəzinə fiber-optik kabellərin çəkilməsi təmin olunub. Texniki imkanları məhdud olan TDM stansiyasının yerinə 6144 montaj tutumlu IP multimedia sistemli Optik Xətt Terminalı (OLT) istismara verilib. Kiçik Dəhnə kəndinin bütün məhəllə və küçələrinə fiber-optik kabel şəbəkəsi çəkilib, evlərin yaxınlığında texniki normalara uyğun məsafədə optik paylayıcı qutular quraşdırılıb.

Rəsmi statistikaya əsasən Kiçik Dəhnə kəndində 2800 ev təsərrüfatı var. 2022-ci ilin sentyabr-dekabr ayları ərzində mövcud TDM stansiyasının 869 abunəçisi OLT stansiyasına miqrasiya olunub, 450 kənd sakininin mənzilinə yeni telefon və internet xətti çəkilib. Hazırda kənddə 1319 GPON istifadəçisi var.

Kiçik Dəhnə kəndindəki hər bir ev təsərrüfatının müqavilə əsasında GPON şəbəkəsinə qoşulması üçün texniki imkanlar mövcuddur.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

– internet

– internet + telefoniya

– internet + televiziya

– internet + telefoniya + televiziya

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə 156a, tel.: (024) 244 18 90, (024) 244 18 99, (024) 244 90 54,), həmçinin qurumun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.

Reklam hüququnda

Paylaş:
153

Son xəbərlər

Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21Bred Pitt Coli ilə birgə yaşadığı villasını satdı30 / 03 / 2023, 16:57Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb30 / 03 / 2023, 16:41Son sutkada 4 nəfər koronavirusdan ölüb30 / 03 / 2023, 16:39
Bütün xəbərlər

Next TV