Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sadələşdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sadələşdirilir

Qafar Ağayev17:52 - 30 / 01 / 2023
Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sadələşdirilir

Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün prosedurların minimuma endirilməsi, vaxt limitlərinin idarə edilməsi və elektronlaşdırılması məqsədilə "Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması" üzrə yeni qaydalar layihəsi hazırlanaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə 1news.az-a "Azərsu" ASC-dən bildirilib.

Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün bütün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb.

Su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üzrə müraciətlərin "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzləri, KOB evləri vasitəsilə qəbul edilməsi, yekun sənədlərin həmin mərkəzlər vasitəsilə "vahid pəncərə" prinsipi əsasında təqdim edilməsi təmin olunub.

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrasında səmərəliliyin artırılması məqsədilə “Azərsu” ASC-nin idarəetmə strukturunda dəyişikliklər edilib. “ASAN Kommunal” mərkəzləri ilə çevik əlaqələndirmə və koordinasiyanın aparılması üçün Strateji inkişaf və "Asan" mərkəzlərlə işin təşkili departamenti yaradılıb. İstehlakçı hüquqlarının qorunması, müraciətlərə baxılması və nəzarətdə saxlanılması məqsədilə Şikayət və müraciətlərin araşdırılması şöbəsi yenidən təşkil edilib, su ilə bağlı ekoloji məsələlər üzrə Ekologiya şöbəsi yaradılıb.

Yol Xəritəsində nəzərdə tutulan tədbirlər barədə məlumat əlçatanlığının artırılması, ictimaiyyətin maarifləndirilməsi məqsədilə “Azərsu” ASC-nin internet səhifəsinin funksionallığı artırılıb və saytda “Su təchizatı şəbəkəsinə qoşulma”, su təchizatı sistemlərində aparılacaq planlı təmir işləri ilə əlaqədar yarana biləcək fasilələrlə bağlı istehlakçıların öncədən məlumatlandırılması məqsədilə "Su təchizatında fasilə" bölmələri yaradılıb.

“Azərsu” ASC-nin internet səhifəsinin funksionallığının artırılması, su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün zəruri sənədlərin onlayn şəkildə bir platforma üzərindən əldə edilməsi digər qurumların sistemlərinə inteqrasiyasının təmin olunması istiqamətində işlər isə davam etirilir.

Paylaş:
136

Son xəbərlər

Fazil Mustafanın son durumu AÇIQLANDIBu gün, 10:34Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEOBu gün, 10:29Daha üç istiqamət üzrə avtobus biletlərinin onlayn satışına başlanılıb - FOTOBu gün, 10:25Azərbaycan neftinin qiyməti ucuzlaşdıBu gün, 10:24Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEOBu gün, 10:19Zavodda gözətçinin meyiti tapıldıBu gün, 10:14“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48
Bütün xəbərlər

Next TV