Naxçıvanda insanları lotereya uduşu adı ilə aldadan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda insanları lotereya uduşu adı ilə aldadan şəxslər saxlanılıb

Qafar Ağayev11:05 - 30 / 01 / 2023
Naxçıvanda insanları lotereya uduşu adı ilə aldadan şəxslər saxlanılıb

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Naxçıvan Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur. Faktla bağlı araşdırmalar davam edir.

Paylaş:
350

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər