Peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvənd olunanların sayı açıqlanıb

16:33 - 31 / 01 / 2023
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 444 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 942 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 031, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 964, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 262 nəfər təşkil edir.

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər