Bloger və jurnalistlərin birinci forumu - “Çıxışa doğru”da MÜZAKİRƏ

"Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin I Forumu keçirilib. Milli Gimnastika Arenasında təşkil olunan forumda müxtəlif sahələr üzrə məşhur olan 100-dən çox bloqer və jurnalist iştirak edib.
Tədbirdə müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət müzakirə edilib, təkliflər dinlənilib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yeni trendlər və gənclər" - bloger və jurnalistlərin birinci forumu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ramil Cabbarov - Gənclər və İdman nazirliyinin əməkdaşı, Ülviyyə Axundova - Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin sədri, Kubra Məhərrəmova - jurnalist, Rövşən Xəlilov - idman ustası və Abbasağa Əlizadə - jurnalist, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: