Sabiq dekan 4 aylıq ev dustaqlığına buraxıldı

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı Famil Nəsibov barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, məhkəmə istintaq orqanının vəsatətini təmin edib və F. Nəsibov barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nəsibov Famil Nəsir oğlu Azərbaycan Dövlət Aqrar Universitetində rüşvət almaqda ittiham Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Famil Nəsibov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi üzrə təqsirləndirilir
304