Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib - FOTO

Qafar Ağayev17:29 - 02 / 02 / 2023
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib - FOTO

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Qış təlimi - 2023" beynəlxalq təlimi çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, əvvəlcə müdafiə nazirlərinə “Qış təlimi - 2023” təlimi barədə raport verilib. Ordu rəhbərləri yeni nəsil texnika və avadanlıqlarla tanış olub, təlimin maddi-texniki təminat hissəsinə baxış keçiriblər.

Sonra Azərbaycanla yanaşı iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqların icrasını nümayiş etdiriblər.
Yekunda Türkiyənin milli müdafiə naziri H.Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Z.Həsənov, Gürcüstanın müdafiə naziri C.Burçuladze müşahidəçilər və digər rəsmi qonaqlar qarşısında çıxış ediblər.

Qeyd edək ki, cari ilin 18 yanvar - 03 fevral tarixlərində keçirilən təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq göstəriblər.

Paylaş:
329

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər